Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mağazalardan oğurluq edənlər saxlanıldılar
Paytaxtın Nizami rayonu ərazisində yerləşən bir mağazadan 700 manat, digər obyektdən isə 4050 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumatlar daxil olub.
Oxu.Az xəbər verir ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin məkanlara müştəri kimi daxil olub daha sonra oğurluq əməlləri törətməkdə şübhəli bilinən 43 yaşlı A.Hüseynov və əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı M.Əlizadə müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
Mağazalardan oğurluq edənlər saxlanıldılar
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar
- "TikTok"da evlənəcəyinə söz verdiyi qızın evindən qızılları oğurlayıb, qumara qoydu
- Şəmkirdə qohumundan oğurluq edən şəxs evi yandırdı
- Olivye Jirunun evindən 500 min dollar dəyərində əşya oğurlanıb
- Polis Ağcabədidə mağazalardan silsilə oğurluq edən şəxsi saxladı
Ən çox oxunanlar