Türkiyənin Ədirnə şəhərində polis məmurunu güllələyərək qətlə yetirən azərbaycanlı Mahir Şükürov həbs edilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Ədirnə və İsanbul şəhər polisləri birgə əməliyyat keçiriblər. Əməliyyat zamanı həbs edilən Mahir Şükürovun barəsində məhkəmə həbs qətimkan tədbirinin seçilməsi barəsində qərar qəbul edib.
Qeyd edək ki, hadisə bir neçə gün öncə Ədirnədə baş vermişdi. Rus və azərbaycanlı qrup arasında baş verən silahlı insidentdə bir polis şəhid olmuşdu.
Polis-mafiya qarşıdurmasına qarışanlar - keçmiş polis Tufan Alpay (47), hadisədən sonra vəzifəsindən uzaqlaşdırılan Mustafa Türk (43), iki ayağından yaralanan Şaban Erdoğan (44), Faruk Barabakan (29), Yılmaz Bilmen (55), azərbaycanlılar - Ceyhun Əsgərov (39), Rövşən Əliyev (45), Elşən Babayev (31), Əli Müseyib Heydərov (33), Namiq Umudov (27), Miryazif Fəxrəddin (38), Qara Əliyev (30), Mehman Rahimov (41), ukraynalı Luka Asanedze (30), rusiyalı Nikolay Debjadze (32) saxlanılıb.