Azərbaycan Respublikasının 41 yaşlı vətəndaşı, ölkə ərazisində “KamAz” avtomobilini oğurladığı üçün 2011-ci ildən Azərbaycan hüquq mühafizə orqanları tərəfindən axtarılırdı.
Oxu.Az Udmurt respublikasının DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, ona qarşı həbs-qətimkan tədbirinin tətbiq edilməsi qərarı verilsə də, cinayətkar qaçaraq Rusiya ərazisində istintaqdan gizlənə bilib.
Axtarış tədbirləri nəticəsində o, İjevskin mərkəzində kirayə götürdüyü mənzildə, Udmurt respublikasının DİN-in cinayət axtarış idarəsinin əməliyyatçıları və FMX əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.