Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məhəlləyə gələni sorğu-suala tutdular, bıçaqlandılar: Məhkəmə qərar verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq məqsədilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Oqtay Məcidovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 9 mart 2024-ci il tarixdə, saat 18:30 radələrində paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, həmin ərazidə yaşayan zərərçəkmişlər - Aydın Hacıyev və onun dostu Taleh Məmmədov (hər ikisinin soyadları şərti) ona - Oqtay Məcidova yaxınlaşıblar. Onlar təqsirləndirilən şəxslərdən həmin ünvana gəlməsinin səbəbini soruşublar. Bu zaman o, üzərindəki bıçaqla Aydın və Talehi bıçaqlayaraq onlara xəsarət yetirib.
Hadisədən sonra Oqtay Məcidov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- "Məşədi Dadaş"ın imamını öldürmək istəyən şəxs: "O adamdan qan çıxmalı idi, buna icazəm var"
- 35 şirkətin rəhbəri hakim qarşısında: Dövlət müəssisələrini külli miqdarda aldatmaqda ittiham olunur
- Yuxudan ayılanda özünü çılpaq görən qız sevgilisini ölümcül hala saldı
- Qaynını qətlə yetirən şəxsin cinayət işi: "Atamı təhqir etdi, mən də vurdum"
- "İnteraz" TV rəhbərinin məhkəməsi: "İki milyon manatdan söhbət gedir, hamısı çantadan ola bilməzdi"
Rəylər