Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məhkəmə bacısına görə nazirlik əməkdaşını bıçaqlayan şəxslə bağlı QƏRAR VERDİ
Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Orxan Məmmədovun (soyadı şərti) barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 23 mart 2023-cü il tarixdə Xətai rayonu ərazisində yerləşən 59 saylı tam orta məktəbin qarşısında qeydə alınıb. Orxan Məmmədov bacısının əri, uşaqlıq dostu, zərərçəkmiş Samir Kərimovu (şərti) məktəbin qarşısında bıçaqlayıb. Buna səbəb isə zərərçəkmişin onun bacısına təzyiq göstərməsi, kobud davranışı olub. Hadisədən əvvəl Orxanın bacısı küsüb, atası evinə gəlib. Təqsirləndirilən şəxs də Samiri 59 saylı tam orta məktəbin qarşısına dəvət edib. Nəticədə o, yeznəsinə bir bıçaq zərbəsi endirib.
Hadisədən sonra Orxan Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə Orxan Məmmədov ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib, əməlindən peşman olduğunu deyib. Samir Kərimov isə məhkəmədə dindirilərkən qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyində mühafizəçi işləyir, hadisədən əvvəl həyat yoldaşını döyməyib, sadəcə, hər ailədə olduğu kimi, aralarında mübahisə olub. O, təqsirləndirilən şəxsi bağışladığını, onunla barışdığını, heç bir şikayəti və tələbinin olmadığını söyləyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Məmmədova üç il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanın yumşaldılması ilə bağlı şikayəti təmin etməyib.
"Qəsdən sağlamlığa zərərvurma" teqi üzrə xəbərlər
- Bakıda tanışını döyərək 7 il həbs cəzası alan idmançı azadlığa buraxıldı
- Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü - MƏHKƏMƏ
- Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ
- Avtоmоbilini keyfiyyətsiz təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı
- Torpaq üstündə mübahisə edən oğul anasını döydü
Rəylər