Azərbaycanda məhkum xəstəlikdən ölüb.
Oxu.Az xəbər verir ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb.
Orada müalicə alan, məhkum, 1966-cı il təvəllüdlü Alik Bermetov xəstəlikdən dünyasını dəyişib.
Nizami rayon Prokurorluğundan APA-ya bildirilib ki, ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin