Bu gün Ağcabədi rayonunda silahlı insident olub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Avşar kəndində baş vermiş silahlı insident zamanı Zahid Qarayev adlı şəxs güllə yarası alıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Kənd sakinlərinin bildirdiyinə görə, şəhid Milli Qəhrəman Namiq Abdullayevin qardaşı Vüsal Abdullayevi vurmaq istəyən kənd sakinləri Zaur və Anar Baxşəliyevlər onun yaşadığı evin həyətinə gəliblər.
Elə bu zaman V.Abdullayevə atılan güllələr Zahid Qarayevə dəyib.
Bildirilir ki, münaqişəyə səbəb qohumluq əlaqələrinin pozulması olub.