Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış: Tükürpədici DETALLAR
Mingəçevir şəhərində oğulun atasını döyərək öldürməsi hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Belə ki, Vüsal Nəbiyev atası Heydər Nəbiyevi yaşadıqları evdə döyərək qətlə yetirib.
Məlumata görə, mərhum üç oğul atası olub. Hadisəni törədən V. Nəbiyev ailəsindən boşanaraq atası ilə birgə yaşayırmış.
Mərhumun qardaşı Sərvər Nəbiyev bildirib ki, Vüsal narkoman olub:
"Qətl hadisəsi zamanı atasının qabırğalarını sındırıb. Başını vuraraq yaralayıb, üzü tamamilə tanınmaz hala düşmüşdü. Gəlib gördük ki, artıq keçinib".
Ətraflı Baku TV-nin süjetində:
Mingəçevirdə kişi öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Mingəçevir şəhər prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydər Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydər Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Rəylər