Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mingəçevirdə oğul anasını qətlə yetirib
Mingəçevir şəhərində yerli sakin anasını qətlə yetirib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Xətai küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadın 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmovadır.
O, yaşadığı evdə qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisənin qadının oğlu Nail Məhərrəmov tərəfindən törədildiyi ehtimal edilir.
Faktla bağlı araşdırmalar aparılır.
E.Ə.
www.oxu.az
Ən çox oxunanlar