Bu gün istintaq orqanı tərəfindən həbsdə olan jurnalist Rauf Mirqədirovun atası Həbibulla Mirqədirova məxsus evdə axtarış aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Rauf Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib.
Axtarış zamanı vəkillərin iştirakı təmin olunmayıb, axtarış nəticəsində hazırlanan protokol da onlara təqdim olunmayıb:
“Bizdə olan məlumata görə, evdən nəsə tapılmayıb”.
Qeyd edək ki, R.Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.