Moskvanın cənub-şərqində tikintilərin birində Azərbaycan vətəndaşı güllələnib.
Oxu.Az xəbər verir ki, bu barədə “Moskva” agentliyinə hüquq-mühafizə orqanlarında olan mənbə məlumat verib.
Məlumatda qeyd olunur ki, dünən günorta saatlarında yaşayış binasının yardımçı tikilisinin rənglənməsi ilə məşğul olan fəhlələr tikilinin içərisində atəş səsləri eşidiblər və polis çağırıblar.
“Hadisə yerinə gəlmiş polis əməkdaşları baş, kürək və qasıq nahiyələrindən güllələnmiş 44 yaşlı kişinin meyitini aşkar edib”, - mənbə bildirib.
Moskva şəhəri üzrə DİN Baş idarəsi meyitin aşkarlanması faktını təsdiqləyib.