Rusiyada polis kriminal aləmdə “Zayka” kimi tanınan avtoritetin başçılıq etdiyi cinayətkar qruplaşmanı saxlayıb.
Xüsusi əməliyyat Rusiya DİN-nin SOBR əməliyyatçılarının dəstəyi ilə həyata keçirilib.
Ümumilikdə etnik qrupun beş iştirakçısı tutulub, onlar adam oğurluğunda və qarətdə ittiham edilirlər.
REN TV-nin müxbirləri bildirib ki, söhbət gəncəlilərdən ibarət mütəşəkkil cinayət qruplaşmasından gedir.
Bu dəstənin üzvləri kriminal avtoritet Rövşən Lənkəranskinin qruplaşmasının liderlərindən birini öldürdüklərini, həmçinin “Zayka”nın bandasının R.Lənkəranskiyə rəqib qruplaşmaya daxil olduğu bildirilir.
Quldurlar Moskvada kommersiya ilə məşğul olan həmvətənlərimizi oğurlamaqla məşğul olurdular.
Bundan başqa, 2013-cü ilin sentyabr ayında qruplaşmanın üzvləri tərəfindən “Sadovod” bazarından olan Hüseynov soyadlı bir iş adamı da qətlə yetirilib.
Xatırladaq ki, bu günlərdə otellərdən birinin bilyard zalında keçirilən əməliyyat zamanı “Zayka” ləqəbli rəhbər yaxalanmışdı. Yaxalanarkən banda rəhbərinin üzərindən İJ tapançası və patronlar götürülmüşdü.