Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı narkotik alverçisi tutulub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, İran İslam Respublikası vətəndaşı, 41 yaşlı Banı Nazi Mansoor Karman oğlu Biləsuvar sərhəd buraxılış məntəqəsindən Azərbaycana keçib.
O, sərhədyanı ərazidə qaçaq yolla gətirilərək gizlədilmiş 3 kiloqrama yaxın narkotik maddə olan heroini şərti alıcıya satarkən yaxalanıb.
Saxlanılan şəxs narkotik maddəni 22 min dollar müqabilində satarkən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.