Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olunub
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) YPX Alayının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücü ifşa olunub.
Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) məlumat yayıb.
Belə ki, Bakı-Yevlax avtomobil yolunun Ağdaş şəhəri ərazisindən keçən hissəsində şəhər sakini Orxan İsmayılovun idarə etdiyi "VAZ" markalı avtomobil Alayın VI taqımının əməkdaşları tərəfindən görülən nəzarət-profilaktik tədbirlər çərçivəsində saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib və fakt öz təsdiqini tapıb.
Bununla bağlı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Orxan İsmayılov təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlar məsuliyyətə cəlb olundular
- Paytaxtda dəhşətli cinayət - 26 il əvvəl törədilmiş qətlin üstü açıldı
- Narkotikin təsiri altında olan sürücü saxlanıldı
- "İnteraz" TV rəhbərinin məhkəməsi: "İki milyon manatdan söhbət gedir, hamısı çantadan ola bilməzdi"
- Məsuliyyətdən yayınmaq üçün özünə xəsarət yetirən sürücü və sərnişini saxlanıldılar
Rəylər