Dördüncü sinif şagirdi Moskvanın qərbində Rublevski şossesində yerləşən evin pəncərəsindən özünü atıb.
“Moskva” agentliyinin paytaxtın hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən bildirdiyi kimi, qəza zamanı o həlak olub, Oxu.Az Rosbalt-a əsasən xəbər verir.
Polis insidenti araşdırır.
Aydın olub ki, məktəblini ölümdən bir müddət öncə dalaşdığı sinif yoldaşının atası hədələyib. Polis artıq Tula vilayətində qeydiyyatda olan əslən Azərbaycandan olan, şübhəli bilinən 36 yaşlı kişini saxlayıb.
Ona qarşı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.