Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Oğurladığı bank kartıyla alış-veriş edən şəxs saxlanılıb
Nərimanov rayonu ərazisində yerləşən kafelərin birindən 600 manat dəyərində məişət əşyaları və bank kartı oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, daha sonra oğurluq edən şəxs həmin kartla 300 manat dəyərində alış-veriş edib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Nizami rayonunda bir nəfərə məxsus "Kia" markalı avtomobildən içərisində 70 manat, 100 dollar və bank kartları olan pulqabını oğurlayan 28 yaşlı C.Ələsgərov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Azərbaycanda oğurluğa görə cəza sərtləşdirilir
- Zaqatalada 24 yaşlı oğlan bibisinin evini taladı, əşyaları sosial şəbəkədə satdı
- Naxçıvanda evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar
- Zərdabda 12 000 manat dəyərində naqilləri oğurlayan şəxslər saxlanılıblar
- DİN: "Vətəndaşların bank kartlarından oğurluqlar davam edir"