Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Oğuz sakini qətl törətməyə getdiyi yerdə özü öldü TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO
Oğuz rayonunun Mollalı kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər saat 9 radələrində Mollalı kəndindəki meşəlik ərazidə 33 yaşlı Toğrul Kərimovun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ilkin araşdırma zamanı Toğrul Kərimovu 3 gün əvvəl odlu silahla öldürən şəxsin əvvəllər məhkum edilmiş 31 yaşlı Pərvin Məmmədov olduğu müəyyən edilib.
İddiaya görə, onlar arasında borc məsələsi olub. Toğrul Kərimov həmkəndlisi olan Pərvin Məmmədovu 3 gün əvvəl meşəlik əraziyə aparıb. Toğrul öldürmək məqsədilə apardığı Pərvin üçün əvvəlcədən qəbir də qazıb.
Elə həmin yerdə başlayan dava tüfəngdən açılan qəfil atəşlə qurtarıb. Toğrul Kərimov qarın boşluğuna dəyən güllə nəticəsində ölüb. Pərvin Məmmədov Toğrulu elə özünün qazdığı yerdə basdıraraq ərazidən uzaqlaşıb.
Hadisədən sonra Pərvin Məmmədov könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Rusiyada küçədə atəş açan erməni saxlanıldı
- Azərbaycan idmançıları Türkiyədə yeddi qızıl medal qazanıblar
- DİN rəsmisi: "Tikilən binalarda parklanma yerləri nəzərə alınmır"
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
Rəylər