Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ondan ayrılmaq istəyən sevgilisini 18 bıçaq zərbəsi ilə öldürmüşdü: 18 il 6 aylıq HƏBS QƏRARI
Bakıda sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Səbuhi Qürbətovun cinayət işinin məhkəmə istintaqı başa çatıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilənə hökm oxunaraq o 18 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki hadisə 2024-cü ilin aprelində paytaxtın Xətai rayonunda baş verib. Belə ki, araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovanı 18 bıçaq zərbəsi ilə qətlə yetirdiyinə əsaslı şübhələr müəyyən edilib. Bundan sonra Səbuhi Qürbətov özünə də xəsarət yetirdiyi üçün onun barəsində həbs qətimkan tədbirinin seçilib, amma bu, xəstəxanada polisin nəzarəti altında müalicəsindən sonra mümkün olub. O, hadisənin qısqanclıq zəminində törətdiyini deyib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Rəylər