Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qisas üçün həmkəndlisinin canını aldı
Ordubad sakini həmkəndlisini qətlə yetirib.
Oxu.Az xəbər verir ki, bu barədə Ordubad Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, iyunun 13-də Ordubad rayonunun Unus kənd sakininin bıçaq zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1976-cı il təvəllüdlü Bəxtiyar Sərdar oğlu Rəsulovun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü İbrahim Əsədullah oğlu Tağıyevə bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bəxtiyar Sərdar oğlu Rəsulov şübhəli şəxs qismində tutulub.
Ordubad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Şərurda quyudan meyiti tapılan qadının qətli ilə bağlı DAHA BİR ŞƏXS TUTULDU
- Şamaxıda qəbiristanlıqda amansızlıqla öldürülən qadının DÖRD ÖVLADI VAR İMİŞ
- Qətlə görə tutulan şəxslərin cəzası azaldıldı: "Günə min manat xərcləyən sifarişlə adam öldürər?"
- Qətldə təqsirləndirilən şəxsin məhkəməsi: Məhkum yoldaşının kömək qarşılığında təhqirinə dözmədi
- Həbsdən çıxan şəxs müğənnini qətlə yetirdi - TƏFƏRRÜAT