Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ötən il Azərbaycan 71 nəfərin ekstradisiyasından imtina edib
Ötən il 45 şəxs Azərbaycana ekstradisiya olunub.
Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, həmin müddətdə MDB ölkələrinin ərazisində törətdikləri cinayət əməllərinə görə təqsirləndirilərək, beynəlxalq axtarışı elan edilib və Azərbaycan ərazisində müəyyən edilmiş 100 şəxs barəsində istintaq orqanlarından müvafiq vəsatətlər daxil olub, onlardan 17-si təmin edilib, 71 şəxsin verilməsindən imtina edilib, 4 vəsatət geri götürülüb, 8 vəsatət isə növbəti hesabat ilinə qalıq qalıb.
Bundan başqa, keçən il Rusiyadan 24, Moldovadan 2, Gürcüstandan 5, Ukraynadan 5, Polşadan 2, Belarusdan 4, Almaniyadan 1, Böyük Britaniyadan 1 və Livandan 1 şəxs olmaqla, ümumilikdə 45 şəxsin Azərbaycana ekstradisiya olunması təmin edilib.
Hesabat dövründə həmçinin Rusiyaya 11, Özbəkistana 5, Hindistana 1 və Türkiyəyə 1 nəfər olmaqla, cəmi 18 şəxsin Azərbaycandan ekstradisiyası təmin olunub.
"Almaniya" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- Almaniyalı diplomat İslamabadda ölü tapıldı
- Almaniyada xəstəlik məzuniyyətində olan işçiləri detektivlər yoxlayacaq
- Şolts Ukraynaya çatacaq hərbi yardımın qarşısını alır
Rəylər