Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Özünü TV rəhbəri kimi təqdim edən şəxs HƏBS EDİLDİ
Tovuz rayonunda ayrı-ayrı şəxsləri şantaj edən şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
"Qafqazinfo" xəbər verir ki, özünü "İnkişaf TV"nin təsisçi və baş direktoru kimi təqdim edən Nahid Babayev barəsində daxil olan şikayətlər üzrə araşdırma aparılıb.
O, barələrində neqativ məlumatları "İnkişaf TV"nin sosial kanal və platformalarında yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul tələb edib.
Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq N.Babayev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

"Cinayət Məcəlləsi" teqi üzrə xəbərlər
- Bakıda estetik prosedurdan sonra qadının BURNU ÇÜRÜDÜ
- Astarada kişi arvadını DÖYDÜ: "Musiqiyə qulaq asmaq istəyirdim"
- "HQ" ləqəbli tiktoker SAXLANILDI
- Astarada altı uşaq atasını maşınla vurub öldürənə cəza verildi
- Cinayət və İnzibati Xətalar məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib