Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Parkda ona söz atan şəxsi bıçaqlayan gənclə bağlı QƏRAR
Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Hüseyn Hüseynovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Hüseynov 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
İttihama görə, hadisə 2023-cü il iyunun 14-də saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parkların birində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Hüseyn Hüseynovun istirahət edən zaman onun parkda bir neçə qızla gəzməsinə zərərçəkmiş Qafar Əsədov (soyadı şərtidir) etiraz edib. Bu səbəbdən onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Sonra o, üzərində gəzdirdiyi bıçaqla qəsdən zərərçəkmiş şəxsin sol qolundan bir dəfə vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Hüseyn Hüseynov saxlanılaraq istintaqa cəlb edilib.
Rəylər