Ötən gün bloqer Cəmil Quliyevin saxlanıldığına və üzərinə baxış keçirilərkən şəxsi istifadə miqdarında metamfetamin (patı) aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhər sakini olan Cəmil Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib.
Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib.
C.Quliyev barəsində toplanan material məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib.