Daxili İşlər Nazirliyinin əməkdaşları axtarışda olan şəxsləri saxalyıb.
DİN-dən Oxu.Az-a daxil olan məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) ilə axtarışda olan Seymur Əsgərov saxlanılıb.
Əlavə olaraq, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Famil Cavadov saxlanılıb.
E.Ə.
www.oxu.az