Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Polis Göyçayda əməliyyat keçirdi - Silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlandı
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 43 yaşlı Rəşad Babaşov saxlanılıb. Ondan beş kiloqram 525 qram marixuana, iki kiloqram 650 qram tiryək, bir kiloqram həşiş, 500 qrama yaxın heroin, 100 ədəd tramadol və tapança aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib.
Məhkəmənin qərarı ilə R.Babaşov barəsində həbs qətimkan tədbiri seçilib.
Keçirilən digər əməliyyatlarla Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Röyal Səmədov, Rafiq İsmayılov və daha 15 nəfər tutulub. Onlardan heroin, marixuana və metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- ABŞ Kanada və Meksikaya rüsumların tətbiqinə başladı
- Siyəzəndə NARKOTİK ƏMƏLİYYATI - İki nəfər həbs olundu
- Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlandılar
- 16 milyon manatlıq qaçaqmal, Xəzərdə keçirilən əməliyyatlar - DSX aylıq məlumatları paylaşdı
- Füzulidə narkokuryerlik edən șəxs saxlanılıb