Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Polisdən əməliyyat: Bilgəhdə çətənə kolları yetişdirən şəxslər ələ keçdilər
Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Oxu.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Bilgəh qəsəbə sakinləri 1969-cu il təvəllüdlü Fərhad Muradov və əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Həsən Novruzov saxlanılıblar. Onların həyətyanı sahələrindən xüsusi qulluq edərək yetişdirdikləri ümumi çəkisi 20 kiloqram olan 40 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Narkotik vasitələrin təxminən 95%-dən çoxu qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilib - HESABAT
- Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
- Azərbaycanda 154 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb
- Şabranda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanılıblar
- Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi
Rəylər