Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Polkovnik üçün 50 inək saxlamadığıma görə həbs olundum" deyən fermerlə bağlı QƏRAR
Ali Məhkəmədə Bakıda məcburi əməkdə təqsirləndirilən, ferma sahibi olan Fazil İsmayılovun barəsindəki qərardan zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil İsmayılov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv olunub. Belə ki, onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlinib və bəraət verilib. Fazil İsmayılovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub.
İttihama görə, Fazil İsmayılov fermada çalışan işçiləri zorla orada saxlayıb, hərəkət azadlıqlarını məhdudlaşdırıb, antisanitariya vəziyyətində yaşamağa məcbur edib, hədələyib və s.
Ona qarşı Cinayət Məcəlləsinin 144-2 (məcburi əmək) və başqa maddələri ilə ittiham irəli sürülüb. Amma o, özünü təqsirli bilməyib. Deyib ki, polkovnik İbrahim Kazımovun qanunsuz istəklərinə boyun əymədiyinə görə onun sifarişi ilə cəzalandırılıb:
"Əvvəl torpaq söhbəti gedirdi. Məndən torpaq istəyirdi, vermədim. Sonra dedi ki, mənə fermada 50 danalıq yer ver. Dedim, mən heç atama nökərçilik eləməmişəm, sənin nökərinəm? 50 inəyə baxmaq bilirsən nə deməkdir? Dedi ki, "görərsən başına nə oyun açacağam". Dediyini də elədi".
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Bakıda dostunu öldürmək istəyənə HÖKM OXUNDU
- Qaziyə qarşı dələduzluq edən MMC rəhbərlərinə hökm oxundu
- Yarım milyona yaxın vəsaiti mənimsəyən vəzifəli xanımın MƏHKƏMƏSİ
- Məhkəmə birlikdə yaşadığı qadını öldürən şəxslə bağlı qərar çıxardı
- Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərar verib
Rəylər