Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Prokuror Maqsud Mahmudova iş istədi
Prokuror Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
“Report”un xəbərinə görə, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi aprelin 27-nə təyin edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər - DETALLAR
- Terrorçuluğa çağırışlar edən şəxsə hökm elan olundu
- Quldurluqda təqsirləndirilən qadın məhkəməyə gəlmədiyinə görə axtarışa verildi
- DTX tərəfindən həbs olunan şəxs hansı vədlər müqabilində Fransaya casusluq edib? - MƏHKƏMƏ İŞİ
- Ərinə it dedi, döyülərək xəstəxanalıq oldu
Rəylər