Dünən Nəsimi rayonunda qətl hadisəsi törədilib. Qadın öz rəfiqəsini başına üç dəfə çəkiclə zərbə endirərək qətlə yetirib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Nəsimi rayon Polis İdarəsində bildiriblər.
Məlumat verilib ki, qətl 1960-cı il təvəllüdlü Nailə Atayevanın A.Mustafayev küçəsində yerləşən evində baş verib. Qətlin qurbanı 1958-ci il təvəllüdlü Lalə Vəliyeva olub.
İlkin istintaq zamanı müəyyən edilib ki, Vəliyeva Atayevaya qonaq gəlib. Rəfiqələr süfrə salıblar, onlar masaya spirtli içki qoymağı da unutmayıblar. Bir müddət sonra sərxoş rəfiqələr arasında qətl ilə nəticələnən münaqişə yaranıb. Törətdiyi əməldən sonra Atayeva polisə zəng edib, baş verənləri danışıb.
Polisdən verilən məlumata görə qadınlar tək yaşayır, heç bir yerdə işləmirdilər və yüngül həyat tərzi keçirirdilər.
Fakt üzrə istintaq işi aparılır.