Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qadından ağlasığmaz əməl: Həbsxanaya narkotik keçirmək üçün azyaşlıdan istifadə etməyə çalışdı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat Aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məhkum Əfləddin Xəyyam oğlu Seyfullazadə ilə qısamüddətli görüşə gəlmiş tanışı Ülviyyə Azər qızı Rzayevanın və azyaşlı Z.H.-nin əşyalarına və üzərlərinə baxış keçirilən zaman Z.H.-nin şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək
- Fəridə Hacıyeva: "Bəzi bələdiyyələrdəki gender komissiyaları formal xarakter daşıyır"
- Kamran Əliyev: "Qardaş xalqlar arasında inteqrasiya prosesləri yeni müstəviyə qədəm qoyub"
- Türk Ədliyyə Təlim Şəbəkəsinə Azərbaycanın sədrliyi çərçivəsində beynəlxalq konfrans keçirilir
- Fikrət Məmmədov daha bir vəzifəsini İTİRDİ
Ən çox oxunanlar
Rəylər