Şirvan şəhərində qadınları Dubaya apararaq, orada fahişəliyə məcbur edən qadın tutulub.
Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şirvan şəhər sakini Mehriban İbrahimova tutulub.
Müəyyən edilib ki, M.İbrahimova qadınları Dubaya apararaq cinsi istismara məruz qoyub.
Mehriban İbrahimova İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onun digər cinayətlərdə əli olub, olmadığı araşdırılacaq.
Faktla bağlı istintaq aparılır.