Lənkəranda qardaşlar arasında bıçaqlanma hadisəsi ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Bildirilib ki, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.
Yanvarın 14-də Lənkəranda qardaşı tərəfindən bıçaqlandığı iddia olunan şəxsin durumu da bəlli olub.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, saat 15:10 radələrində xəsarət alması səbəbi ilə 2006-cı il təvəllüdlü şəxs (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumatda qeyd olunub ki, ona sol döş qəfəsin və sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub:
"Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir".
Məhərrəm Əliyev