Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qaynını qətlə yetirən şəxsin cinayət işi: "Atamı təhqir etdi, mən də vurdum"
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Həsən Həsrətovun növbəti məhkəmə prosesi keçirilib.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, şahid qismində Rasim Nuriyev ifadə verib:
"Mərhum Rasim Zamanov qonşuluqda yaşayırdı. Mən qonşum Babək Alıcanovla samovar qaynadırdıq. Yaxınlıqdan "sən mənim atama eşşək demisən" ifadəsi eşitdik. Sonra gördük 2 nəfər bir-biri ilə dalaşır. Məlum oldu ki, Həsən, Rasimi atasını təhqir etdiyi üçün vurub. Bir azdan yaralı olan geri çəkildi, biz girdik onun qoluna. Təcili yardım çağırıb həmin şəxsi xəstəxanaya çatdırmaq istədik. Ancaq danışıqdan gördük ki, təcili yardım gec gələcək. Ona görə Rasimi və yanındakı oğlunu maşına mindirib 6 saylı Təcili Tibbi Yardım stansiyasına çatdırdıq. Maşında yaralının oğlu Murad dedi ki, atamı bibimin yoldaşı vurub: "Məni döydü, buna görə atam Həsənlə dalaşdı. Sonra da bu hadisə baş verdi".
Hakim cinayət işində olan şahid Babək Alıcanovun ifadəsini elan etdi.
Məhkəmə prosesi 7 yanvar tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, ağır cinayət ötən il dekabrın 2-də gecə saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində baş verib.
Əraziyə gələn əməliyyat qrupu müəyyən edib ki, 45 yaşlı Rasim Zamanovu qətlə yetirməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, 43 yaşlı Həsən Həsrətov Rasim Zamanovun qaynıdır. O, keçirilən əməliyyat-axtarış tədbirləri ilə səhərə yaxın saxlanıb.
Qonşuların sözlərinə görə, həmin şəxs cinayət törətdiyi ərazidə kirayədə yaşayıb.
Faktla bağlı Həsən Həsrətov barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Balaxanıda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
- Bakıda DƏHŞƏTLİ CİNAYƏT - Sevgilisini avtomobillə bərabər dərəyə yuvarladı
- Arvadını uşaqlarının yanında öldürən ərinə 18 il həbs cəzası verildi
- Oğlunun meyitinin yanında qatilin atası ilə çay içib - Tükürpədən qətlin DETALLARI
- Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Rəylər