Bu gün Qazax rayonunda dəhşətli qətl törədilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Qazax şəhərinin mərkəzində, Əliağa Şıxlinski küçəsində 1986-cı il təvəllüdlü Abdulova Aytən Xanəli qızı (ad və soyad şərtidir) güllələnərək qətlə yetirilib.
Aparılmış araşdırma nəticəsində Qazax şəhərində 29 yaşlı A.Abdulovanın qeyri-rəsmi nikah münasibətində yaşadığı Məcid Veyisov tərəfindən güllələnməsi müəyyən edilib
Təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, qətlin səbəbi araşdırılır.
Qeyd edək ki, M.Veyisov Daş Salahlı kəndinin sakinidir.