Qazaxıstan sərhədçiləri ötən sutka ərzində 36 sərhəd pozucusunu saxlayıb. Onların arasında 5 Azərbaycan və Özbəkistan vətəndaşı var ki, onlar Qazaxıstan sərhədini saxta sənədlərlə keçməyə cəhd göstərib.
Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“Saxlanılanlardan ikisi Qazaxıstanın ərazi və daxili sularının rejimini pozub. Səbəb dənizə çıxışa icazə verən sənədin olmaması və brakonyerlik fəaliyyətidir. Üç Azərbaycan vətəndaşı və iki Özbəkistan vətəndaşı saxta sənədlərlə dövlət sərhədini keçməyə cəhd ediblər”, - məlumatda deyilir.
Məlumata əsasən, saxlanılanlar inzibati məsuliyyətə cəlb olunacaqlar.
www.oxu.az