Qəbələdə 16 yaşlı gəncin 41 yaşlı kişini bıçaqlamasının təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 41 yaşlı Zamiq Əbdürəhimov 2008-ci il təvəllüdlü Ə.S-in ailə üzvləri haqqında nalayiq ifadələr işlədib.
Bu səbəbdən aralarında mübahisə yaranıb və görüş təyin ediblər. 16 yaşlı gənc üzərində gəzdirdiyi bıçaqla Zamiq Əbdürəhimova xəsarət yetirib.
Məlumata görə, hadisə Qəbələ şəhərinin özündə baş verib. Hər iki şəxs Həmzəli kənd sakinləridir.
Məhərrəm Əliyev
Qəbələdə 28 avqust gecə saat 3 radələrində 2008-ci il təvəllüdlü Ə.S. şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 41 yaşlı Zamiq Əbdürəhimova bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Aytac Qasımova
Rəylər