Rusiyanın Lvov şəhərinin Şevçenkovski rayon məhkəməsi keçən il baş verən qətl hadisəsi ilə əlaqədar hökm çıxarıb, press-centr.com informasiya portalı məlumat yayıb.
Oxu.Az xəbər verir ki, 2014-cü ilin noyabr ayının 19-da Sıxovda “Naş” supermarketinin yanında gecə saat 00:01 radələrində dava düşüb.
Mülki geyimdə olan 26 yaşlı DYM (Dövlət Yol Müfəttişliyi) inspektoru Oleq Torba və üç azərbaycanlı arasında gecə klubunda dava düşüb, səbəb söyüş söyməmək barədə xəbərdarlıq olub.
Söz mübahisəsi davaya çevrilib. Döyülən adam qaçmağa cəhd edərkən, ona çatıb yerə yıxıblar və döyməyə davam ediblər. Oleq Torba təcili yardım maşınında ölüb.
Bu gün Lvov şəhərinin Şevçenkovski rayon məhkəməsi iş üzrə hökm çıxarıb. Ən çox cəza Samir Babayevə verilib, ona 9 il iş kəsilib. O, istintaqın versiyasına görə, zərərçəkənə ilk zərbəni vurub.
Cinayət yerində olan Sərraf Babayev də milisi döyüb. O, bu cinayəti üçün yeddi il həbs cəzası alıb.
Üçüncü həbs olunan şəxs - İsmayıl Babayevə məhkəmə bəraət qazandırıb. İttiham edilən iki nəfər həlak olanın ailəsinə min qriven cərimə ödəməlidirlər.
Məhkəmənin hökmü ailəni qane etməyib, onlar apellyasiya məhkəməsinə müraciət etmək niyyətindədirlər.