Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qonşusunu bağça müdiri təyin etdirəcəyini dedi - Həbs edildi
Sumqayıtda qadına qarşı dələduzluqda təqsirləndirilən 1990-cı il təvəllüdlü İlkin Əsgərova hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə İ.Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə bildirilib ki, İ.Əsgərov hadisədən bir müddət əvvəl keçmiş qonşusu G.Muxtarova və onun anası K.Muxtarova ilə qarşılaşıb və bir-birlərinə nömrə veriblər. Bundan sonra İ.Əsgərov K.Muxtarovanın işlədiyi uşaq bağçasında müdir vəzifəsindən kənarlaşdırıldığını öyrənib.
O, qadını həmin vəzifəyə bərpa etdirəcəyini vəd edib və bunun müqabilində bir neçə dəfəyə olmaqla ümumilikdə 15 min manat alıb. Lakin İ.Əsgərov verdiyi vədlə bağlı heç bir addım atmayıb, aldığı pulları ələ keçirib.
Bundan sonra K.Muxtarova polisə müraciət edib və İlkin Əsgərov barəsində cinayət işi açılıb. Araşdırmalar zamanı İlkinin başqa şəxsə qarşı da əvvəllər dələduzluq etməsi müəyyənləşib.
Sumqayıt Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi qeyd edilən maddə üzrə təqsirli bilib. İstintaq müddətində polisin nəzarəti altında olan şəxsə 3 il 6 ay həbs cəzası verilib.
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- Vətəndaşlardan şikayət: "508 nömrəli marşrutun sürücüləri özbaşınalıq edirlər"
- Gecəyarısı öldürülən Cəmalə tibb bacısı imiş: Əkiz övladları olan qadının CİNAYƏTİNİN PƏRDƏARXASI
- Sumqayıtın bəzi hissələrində suyun verilişində fasilələr yaranıb
- Sumqayıtda qadını boğaraq öldürdülər
- Saray körpüsü ilə bağlı son durum: Ərazidə hansı işlər görülür?