Bu gün Qusar rayonunda polis əməkdaşlarına silahlı hücum olub.
Oxu.Az xəbər verir ki, Qusar Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, naməlum şəxs tərəfindən polis əməkdaşlarına silahlı hücum edib.
Qusar RPŞ-nin əməkdaşı Qaib Əliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. 3 polis əməkdaşı isə - Mövlüd Əliyev, Cəmil Nəsirov və Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov müxtəlif xəsarətlərlə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən şəxsin zərərsizləşdirildiyi bildirilir. APA-nın əldə etdiyi məlumata görə, polisə silahlı müqavimət göstərən şəxs radikal dini qruplaşmanın üzvü olub.
Hadisənin təfərrüatları araşdırılır.