Gəlinini ov tüfəngi ilə güllələyən kişi atəş açıdıqdan sonra onun başını kəsib.
Oxu.Az xəbər verir ki, Qusar rayonunda 77 yaşlı kişinin törətdiyi qətlin təfərrüatları ANS PRESS-ə bəlli olub. Rayon prokurorunu köməkçisi Azad Əliyev bölgə müxbirimizə açıqlamasında, hadisənin 25 iyul gecə saat 3 radələrində törədildiyini bildirib.
1938-ci il təvəllüdlü Avaran kənd sakini Amaxan Nəcərov ailə münaqişəsi zəminində özünə məxsus ov tüfəngi ilə birgə yaşadığı 1977-ci il təvəllüdlü gəlini Sevinc Məmmədovanın sinə nahiyəsinə atəş açır. Güllə yarasından ölmədiyini gördükdə isə, evdən götürdüyü bıçaqla qadının boynunu kəsir. Gəlininin öldüyünə əmin olduqdan sonra əlindəki qanlı bıçaqla Polis Şöbəsinə gələrək könüllü şəkildə təslim olur.
13:05
Bu gün Qusar rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Qusar rayonu, Avaran kənd sakini Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 1977-ci il təvəllüdlü Məmmədova Sevinc Malik qızına ov tüfəngi ilə bir dəfə atəş açaraq öldürüb.
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.