Sabunçu rayonunda mübahisə zəmnində döyülmə hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsi, Sovxoz yaşayış massivində yerləşən “Xrom” çay evində qeydə alınıb.
Mübahisə zamanı 1989-cu il təvəllüdlü Mustafayeva Günay Şəmsəddin qızı döyülərək xəsarət alıb.
Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli