Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiya iki nəfəri Azərbaycana ekstradisiya etdi
Azərbaycan vətəndaşları Rahib Sahib oğlu Hüseynov və Murad Teyyub oğlu İbrahimovun Rusiyadan ekstradisiyası haqqında qərar qəbul olunub.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə Murad Teyyub oğlu İbrahimovun qəsdən sağlamlığa ağır zərər vurma, Rahib Sahib oğlu Hüseynovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə beynəlxalq axtarışa veriliblər.
Murad İbrahimov və Rahib Hüseynov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Ədliyyə Nazirliyinin aparatının işçilərinin say həddi artırıldı - FƏRMAN
- Azərbaycanda Bakı Arbitraj Mərkəzi yaradılıb
- Nazir Lənkəran müasir penitensiar kompleksinə rəis təyin etdi
- Mirsaleh Seyidov rəisi İŞDƏN ÇIXARDI - Yeni təyinat
- QHT-lər aprelin 1-dək maliyyə hesabatlarını təqdim etməlidir - BİRGƏ MÜRACİƏT