Axtarışda olan şəxs könüllü olaraq təslim olub.
Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Elbari Həsənov könüllü olaraq Şəmkir RPŞ-yə gələrək təslim olub.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az