Rusiyada adam zorlamış şəxs Azərbaycanda saxlanılıb.
Bu barədə Oxu.Az-a DİN-dən bildiriblər.
Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi (zorlama) ilə axtarışda olan İskəndər Məmmədov tutulub.