Rusiyada Petropavlovsk-Kamçatsk şəhər məhkəməsi 37 yaşlı azərbaycanlını yaratdığı mütəşəkkil cinayətkar qrupun tərkibində narkotik alverində ittiham üzrə təqsirli bilib. Cəza isə şərti olub, Oxu.Az xəbər verir.
“Kam 24” informasiya agentliyinin xəbər verdiyi kimi əyalət prokurorluğunda azərbaycanlı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə - 228.1 (mütəşəkkil cinayətkar qrupun tərkibində olaraq narkotik vasitələrin istehsalı, satışı, çatdırılması), 30 və 228.1 (mütəşəkkil cinayətkar qrupun tərkibində olaraq narkotik vasitələrin istehsalına, satışına və çatdırılmasına cəhd) ittiham edilirdi.
“İttiham edilən şəxs 2014-cü ilin aprelindən əyalət sakinlərinə narkotik vasitələr satıb. Həşiş satmaq üçün o, xüsusi olaraq cinayətkar qrup yaradıb. Bundan başqa, məhkəmədə keçən ilin payızında və bu ilin qışında narkodiller narkotiklərin qanunsuz satışına cəhd edib”, - prokurorluqda bildiriblər.
İdarənin məlumatına əsasən, narkotik alverçisi ilə məhkəmədən öncə əməkdaşlıq haqqında razılaşma olub. Nəticədə məhkəmə ona altı il müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzası verib. Bundan beş ili sınaq müddəti olacaq.