Rusiya Federasiyası İstintaq Komitəsinin Stavropol vilayətinin istintaq idarəsinin Pyatiqorsk şəhəri üzrə istintaq şöbəsinin Azərbaycan vətəndaşına dair cinayət işinin istintaqı başa çatıb. O, RF Cinayət Məcəlləsinin m.30.b.3, m.291.b.3.-də nəzərdə tutulmuş cinayətləri törətməkdə (rüşvət verməyə cəhd) ittiham edilir.
Oxu.Az xəbər verir ki, istintaqın məlumatına görə, cari ilin iyul ayının 8-də ittiham edilən şəxs Pyatiqorsk şəhəri üzrə nazirlikdən xaric mühafizə idarəsinin rayonlararası şöbəsinin polisinə 500 rubl (8 man – red.) məbləğində rüşvət verməyə çalışıb.
O, RF DİN Bİ NMİ (Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Nazirlikdən xaric mühafizə idarəsi) əməkdaşına rüşvəti xarici vətəndaş tərəfindən RF-da yaşamaya dair qaydaların pozulması haqqında protokolun tərtib edilməməsi üçün təklif edib, amma ittiham edilən şəxs öz məkrli fikrini sona çatdıra bilməyib, belə ki, polis pul vəsaitini almaqdan imtina edib.
Hal-hazırda cinayət işi ittihamın təsdiq edilməsi və sonradan məhkəmədə baxılması üçün prokurora təqdim edilib.