Rusiyanın Pskov vilayətinin İstintaq Komitəsi 48 yaşlı Azərbaycan vətəndaşına qarşı cinayət işi qaldırıb. O, rüşvət verməyə cəhddə ittiham olunur.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, istintaqın məlumatına əsasən, 2015-ci ilin martın 26-da şübhəli şəxs Peçora rayonunda Peçora-Starıy İzborsk yolunda yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb. Azəbaycan vətəndaşı maşınında metal tullantılarını sənədsiz daşıyrdı. Qanun pozuntusunun müəyyənləşdirilməsi zamanı o, inzibati məsuliyyətdən boyun qaçırmaq üçün polis nəfərinə min rubl (18 man.) məbləğində rüşvət verməyə cəhd edib.
Hazırda cinayət əməlinin tam müəyyən edilməsi məqsədilə istintaq tədbirləri aparılır.