Saratovda yaşayış yerində öz yerlilərini saxtakarlıqla qeydiyyatdan keçirən 40 yaşlı azərbaycanlı U.Abbasovaya hökm oxunub.
Oxu.Az “Region 6” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Frunzensk rayon prokurorunun köməkçisi Denis Smolkin bildirib.
Qadın sənədlərdə xarici vətəndaşların qeydiyyatını iyunun 25-dən avqustun 16-na qədər göstərib. O, Frunzensk rayonunun Federal Miqrasiya Xidməti idarəsindəki poçt rabitəsi şöbəsində olarkən, eləcə də çoxfunksiyalı mərkəzə müraciət edərək, Azərbaycan və Özbəkistandan 12 vətəndaşın gəlməsi haqqında bildiriş tərtib edib. Onların yaşayış yeri kimi Raboçaya küçəsində yerləşən evlərdən birini göstərib.
Bununla yanaşı, Abbasova mühacirlərin bu ünvanda yaşamayacaqlarını dəqiq bilirdi, belə ki, bu mənzil faktiki olaraq onlara təqdim edilməyib.
Qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin yaşayış yerində xarici vətəndaşın qalacağı yerin saxta qeydiyyatı maddəsi ilə təqsirli bilinərək 150 min rubl (2 400 dollar) məbləğində cərimə olunub.