Uxtada azərbaycanlıya qarşı cinayət işi açılıb, o, Rusiya Federasiyasının Təqaüd Fondunun vəsaitləri hesabına təqaüd alırmış, bu barədə Komo Prokurorluğunda bildiriblər.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Uxtada yaşayan bir kişi yaşa görə təqaüd verilməsi üçün ərizə ilə müraciət edib. Bununla yanaşı o, ərizədə heç bir yerdə təqaüd almadığını göstərir.
Bununla yanaşı Azərbaycan Dövlət Sosial Müdafiə Fondundan verilən məlumatda onun hal-hazırda Azərbaycanın Ağcabədi rayonunda əmək təqaüdçüsü olduğu bildirilib.
Nəticədə 2013-cü ilin iyul ayından 2014-cü ilin yanvar ayına qədər kişi qanunsuz olaraq 120 min rubldan çox vəsait alıb. Uxtada Pensiya Fondunun rəhbərinin qərarı ilə kişiyə daha öncə təyin edilmiş təqaüdün ödənilməsi dayandırılıb.