Rusiyada narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1985 –ci il təvəllüdlü azərbaycanlı saxlanılıb, Oxu.Az Kalmıkiya Respublikasının DİN-nin saytına istinadən xəbər verir.
Şübhəli şəxs respublika xəstəxanasına narkotik intoksikasiyası vəziyyətində çatdırılmışdı. Elə buradaca şəxsi əşyaların yoxlanılması zamanı içində tünd-qəhvəyi rəngdə maddə olan paket aşkar edilib götürülmüşdü.
Bundan savayı, məlumatlar bazasını yoxlayan zaman, polislər müəyyən etdilər ki, azərbaycanlı başqasının əmlakını gizli saxlamağa görə federal axtarışdadı. 2015-ci ilin iyulunda şübhəliyə qarşı “oğurluq” maddəsi ilə cinayət işi açılmışdı.
Sadalanan faktlar əsasında polislər tərəfindən araşdırma aparılır. Axtarılan səxsin saxlanılması barədə axtarışın təşəbbüskarı – Saratov vilayəti polisinə məlumat verilib.
www.oxu.az